“Arsenal” braziliyalı hücumçusu ilə müqaviləni uzadıb

İdman

04.07.2020 - 03:26

Braziliyalı legionerin əvvəlki müqaviləsi 2024-cü ilin yayında başa çatmalı idi

 

İngiltərənin “Arsenal” klubu futbolçusu Qabriel Martinelli ilə yeni müqavilə imzalayıb.

 

AYNA-nın Apasport.az-a istinadən məlumatına görə, London təmsilçisi 19 yaşlı hücumçu ilə uzunmüddətli anlaşmanın detallarımı açıqlamayıb.

 

Braziliyalı legionerin əvvəlki müqaviləsi 2024-cü ilin yayında başa çatmalı idi. İspaniya “Real”ının maraq dairəsinə düşən forvardın yeni anlaşmaya əsasən üç dəfə çox – həftədə 36 min avro qazanacağı bildirilir.

 

Qeyd edək ki, Martinelli cari mövsümün 26 oyununda 10 qol vurub.

Müəllif: Ayna.az