Gərginlik davam edir: yenə atəş açılıb

Dünya

01.05.2025 - 10:55

Həkimlər Klinikalar SEO Xidməti

Hindistan Pakistanın “Nəzarət Xətti”ndə atəşkəsi pozduğunu iddia edib

Pakistan Cammu və Kəşmir ərazisinin sərhəd bölgəsində “Nəzarət Xətti” boyunca atəş rejimini növbəti dəfə pozub. AYNA.AZ “Hindustan Times”a istinadən bildirir ki, bu iddia ilə Hindistan Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik Sunil Bartval çıxış edib.

Onun sözlərinə görə, Pakistan ordusu Kupvara, Uri və Axnoorla üzbəüz “Nəzarət Xətti” boyunca səbəbsiz kiçik silahlardan atəş açıb.

Bartval Hindistan qoşunlarının "mütənasib şəkildə cavab verdiyini" vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş