Hazırda Baş Prokurorluğun İstintaq İdarəsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədir
İyulun 9-da saat 11:00 radələrində Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rahib Mirzəyevin istirahət otağında özünü xidməti silahı ilə ürək nahiyəsindən bir dəfə atəş açmaqla öldürməsi ilə bağlı Baş Prokurorluğa məlumat daxil olub.
AYNA xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Hazırda Baş Prokurorluğun İstintaq İdarəsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədir.
İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumatın verilməsi təmin ediləcəkdir.
Qeyd edək ki, Rahib Mirzəyev polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır.