Piyada hadisə yerində ölüb
Gəncədə piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib.
AYNA xəbər verir ki, hadisə şəhərin Fərhad Əliyev küçəsində qeydə alınıb. Hərəkətdə olan “VAZ” markalı minik maşını yolu keçmək istəyən yaşlı qadını vurub. Piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.