Gəncədə şagirdlər arasında zəhərlənmə olub

Hadisə

07.10.2022 - 18:03

Həkimlər Klinikalar SEO Xidməti

"Hazırlanan salat üçün bütün məhsulları şagirdlər öz evlərindən gətiriblər"

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Gəncə şəhər 3 nömrəli tam orta məktəbdə zəhərlənmə ilə bağlı açıqlama yayıb.

AYNA-nın xəbərinə görə, İdarədən bildirilib ki, məktəb rəhbərliyinin məlumatına əsasən, 6b sinfində 07.10.2022-ci il tarixdə saat 09:35-də (ikinci saat) texnologiya dərsində salat hazırlanıb. Hazırlanan salatdan 5 nəfər şagirdin zəhərlənmə halı baş verib. Dərhal valideynlərə bildirilib və həkimə müraciət edilib. Hazırlanan salat üçün bütün məhsulları şagirdlər öz evlərindən gətiriblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş