Gəncədə qəza: avtomobillə moped toqquşub

Xəbərlər

30.03.2026 - 11:59

Nəticədə bir nəfər xəsarət alıb

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

AYNA.AZ-ın APA-ya istinadən məlumatına görə, şəhər ərazisində minik maşını ilə moped toqquşub.

Qəza zamanı mopedin sürücüsü 2009-cu il təvəllüdlü F.Huseynov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş