Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb. Bu barədə AYNA-ya FHN-dən məlumat verilib.
Bildirilib ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhər ərazisində, Yevlax-Gəncə avtomobil yolunun yaxınlığında qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.



