Gəncədə piyadanı avtomobil vuraraq öldürüb

Xəbərlər

02.12.2023 - 23:30

Həkimlər Klinikalar SEO Xidməti

Ağır xəsarətlər alan qadın hadisə yerində ölüb

Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində, 41 nömrəli məktəbin yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan avtomobil piyada - 1966-cı il təvəllüdlü Həsənova Sədaqət Novruz qızını vurub. Nəticədə ağır xəsarətlər alan qadın ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az