Gəncədə karantin rejimini pozan kafe aşkarlanıb

Xəbərlər

05.01.2021 - 10:56

Həkimlər Klinikalar SEO Xidməti

Qaydaları pozan obyekt sahibi və müştərilər saxlanılıblar

 

Gəncə şəhərində karantin rejimi qaydalarını pozan kafe aşkarlanıb. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

 

Qeyd olunub ki, Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) və onun tabeli orqanlarının  əməkdaşları tədbirləri davam etdirir.

 

ŞBPİ-nin Nizami rayon Polis İdarəsinin (RPİ) əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb.

 

Obyektin sahibi Elşad İbrahimov və yeddi nəfər müştəri qanunla müəyyən edilmiş qaydada saxlanılaraq, RPİ-nin ərazi üzrə Polis Bölməsinə  gətirilib və barələrində qanunamüvafiq tədbir görülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş