Gəncədə iki kriminal avtoritet tutulub

Hadisə

08.01.2020 - 11:54

Həkimlər Klinikalar SEO Xidməti

Onların üzərindən odlu və soyuq silahlar aşkarlanıb

 

Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində? Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, 38 yaşlı Bəhram Səmədov saxlanılaraq Baş Polis İdarəsinə gətirilib. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

 

Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd “ Makarov” tipli tapança, həmin silaha məxsus 5 ədəd güllə sandıqcası ilə birlikdə aşkar olunaraq götürülüb. B.Səmədovun kriminal aləmdə "Ramoş" ləqəbi ilə tanındığı deyilir.

 

Araşdırma nəticəsində "Ramoş"la əlaqəsi olan daha bir kriminal avtoritet saxlanılıb. O, Gəncə şəhər sakini, "Saşa" ləqəbli kriminal avtoritet Sabir Şabanovdur. Onun üzərinə keçirələn baxış zamanı soyuq silah hesab olunan bıçaq aşkarlanaraq götürülüb.

 

Hər iki faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş