Gəncədə evdə yanğın olub, xəsarət alan var

Hadisə

16.03.2024 - 08:55

Yanğında zərərçəkən xəstəxanaya yerləşdirilib

Gəncə şəhəri Çarıqçılar küçəsində evdə yanğın olub. AYNA-nın məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən maşınları və 25 canlı qüvvəsi cəlb olunub.

Şəhər sakini, A.Rəhimova məxsus ümumi sahəsi 136 kvadratmetr olan evdə divanın yanması nəticəsində ev sahibinin qayınatası, 1945-ci il təvəllüdlü F.Kazımov yanıq xəsarətləri alıb. O, evdən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Zərərçəkən xəstəxanaya yerləşdirilib, ona 2-ci dərəcəli yanıq diaqnozu qoyulub və tibbi yardım göstərilib.

Yanğın söndürülüb, hadisənin səbəbləri araşdırılır.

Müəllif: Ayna.az