Gənc qızı amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən qadın saxlanılıb

Hadisə

06.03.2022 - 19:54

Həkimlər Klinikalar SEO Xidməti

Hazırda istintaq və əməliyyat - axtarış tədbirləri davam etdirilir

Qəbələ rayonunda qətlə yetirilən Aytac Əliyevanın öldürülməsində şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya verilən məlumata görə, martın 5-də Qəbələ rayonunda Aytac Əliyevanın qətlə yetirilməsi ilə əlaqədar rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq-əməliyyat  tədbirləri həyata keçirilib. Nəticədə qətli törətməkdə şübhəli bilinən bir nəfər qadın saxlanılıb.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb, hazırda istintaq və əməliyyat - axtarış tədbirləri davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş