Azərbaycan millisi Lixtenşteyni məğlub edib

İdman

14.11.2019 - 23:41

Qarşılaşma Azərbaycan komandasının 1:0 hesablı qələbəsi ilə bitib

 

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

 

AYNA-nın məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu komanda Lixtenşteyni qəbul edib.

 

Sumqayıtdakı “Kapital Bank Arena”da keçirilən qarşılaşma Azərbaycan komandasının 1:0 hesablı qələbəsi ilə bitib. Görüşdəki yeganə qolu 65-ci dəqiqədə Barış Ekincier vurub.

 

Bu nəticədən sonra Azərbaycan millisi 6 oyundan sonra 6-cı xalını qazanıb, rəqibin isə 5 matçdan sonra 3 xalı var. U-21 noyabrın 19-da "Dalğa Arena"da yoldaşlıq matçında Ukrayna ilə üz-üzə gələcək. 

 

Müəllif: Ayna.az