Gələn həftə parlamentdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi başlayacaq

İqtisadiyyat

14.11.2024 - 16:22

Həkimlər Klinikalar SEO Xidməti

Gələn ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon manat, xərcləri isə 41 milyard manat proqnozlaşdırılır

Noyabrın 18-də Milli Məclis Azərbaycanın 2025-ci il dövlət büdcəsi zərfinin müzakirəsinə başlayacaq. AYNA "Report"a istinadən xəbər verir ki, məlumatı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvlərindən biri təsdiqləyib.

Qeyd edək ki, Maliyyə Nazirliyinin Milli Məclisə təqdim etdiyi layihəyə əsasən, 2025-ci ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon manat (2024-cü ilin təsdiq edilmiş proqnozundan 5,3 faiz çox), xərcləri isə 41 milyard manat proqnozlaşdırılır.

Müəllif: Ayna.az