Vaxtı keçmiş kreditlərin həcmi bilindi

İqtisadiyyat

16.07.2020 - 15:17

Həkimlər Klinikalar SEO Xidməti

Kreditlərin 97,3 faizi banklar, 2,7 faizi isə bank olmayan təşkilatlar tərəfindən verilib

 

2020-ci il iyun ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 14765,7 milyon manat təşkil edib. AYNA Mərkəzi Bankın məlumatına əsasən xəbər verir ki, ümumi kredit portfelinin 12187,5 milyon manatı və ya 82,5 faizi uzunmüddətli kreditlərin payına düşüb.

 

Kreditlərin 97,3 faizi banklar, 2,7 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1084,8 milyon manat olub və ümumi kredit portfelinin 7,4 faizini təşkil edib.

Müəllif: Ayna.az