Faktla bağlı araşdırma aparılır
Gədəbəydə ölümlə nəticələnən ağır yol qəzası baş verib. AYNA APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Düzyurd kəndində qeydə alınıb.
“”Mitsubishi Pajero” markalı avtomobil “VAZ-21011” markalı maşınla toqquşub.
Qəza nəticəsində “VAZ-21011”in sürücüsü, 1989-cu il təvəllüdlü Hüseynov Ruslan İbrahim oğlu və avtomobildə olan sərnişin, sürücünün anası Hüseynova Nüşabə Telman qızı aldıqları xəsarətdən hadisə yerində ölüblər. 1955-ci il təvəllüdlü Mahir Tağıyev, 2010-cu il təvəllüdlü Məcid Nuriyev və 1961-ci il təvəllüdlü Səriyyə Nuriyeva xəsarətlə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.