Gədəbəydə avtomobil aşıb

Xəbərlər

28.01.2024 - 23:46

Sürücü xəsarət alıb

Gədəbəydə avtomobil aşıb, sürücü xəsarət alıb. AYNA-nın “Report”a istinadən məlumatına görə, hadisə rayonun Zəhmət kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Land Rover” avtomobilinin sürücüsü, Şəmkir rayon sakini, 1972-ci il təvəllüdlü M.Orucov müxtəlif bədən xəsarətləri alıb.

O, xəstəxanaya çatdırılıb, vəziyyəti orta-ağır qiymətləndirilir.

Xəsarət alan şəxsin Şəmkirin Yeni Həyat kəndinin keçmiş icra nümayəndəsi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş