Gecə klubundakı partlayışda yaralananların vəziyyəti açıqlanıb

Xəbərlər

06.04.2022 - 15:09

Həkimlər Klinikalar SEO Xidməti

Daha 1 nəfər xəstə ambulator müalicə üçün evə buraxılıb

Səbail rayonu ərazisində baş vermiş partlayışda xəsarət alanların son vəziyyətini açıqlanıb. TƏBİB-dən AYNA-ya verilən məlumata görə, obyektdə baş vermiş partlayış zamanı xəsarət alan şəxslərdən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində stasionarda müalicə alan daha 1 nəfər xəstə də ambulator müalicə üçün evə buraxılıb.

"Bundan başqa, tabeli müəssisələrdən vəziyyəti kritik ağır olan 2 nəfər yaxınlarının iltizamnaməsi ilə özəl xəstəxanalardan birinə köçürülüb. Hazırda tibb müəssisələrində ümumilikdə, 13 nəfər müalicə alır. Onlardan 10-u TƏBİB-in tabeliyindəki tibb müəssisələrindədir", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, xəsarət alan şəxslərdən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində reanimasiyada olan 5 nəfərdən 2-nin vəziyyəti kritik ağır, stasionarda müalicə alan 5 nəfərin vəziyyəti stabil ağır, 3-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Ümumilikdə, stasionarda müalicə alanlardan ambulator müalicə üçün 9 nəfər evə göndərilib", - qurumdan bidirilib.

Qeyd edək ki, ümumilikdə 37 nəfər müxtəlif dərəcəli xəsarət almış, 1 nəfər vəfat edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş