Gecə həlak olan tələbələrin <font color=red> FOTOLARI</font>

Hadisə

10.01.2020 - 12:29

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə ilə əlaqədar cinayət işi açılıb

 

Yanvarın 10-na keçən gecə Səbail rayonunda ikimərtəbəli yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, yanğın nəticəsində 3 əcnəbi tələbə tüstüdən zəhərlənərək dünyasını dəyişib.

 

Məlumata görə, onlar “Western Caspian” Universitetinin tələbələri olan, 1997-ci il təvəllüdlü Tarukki Amaya, 1995-ci il təvəllüdlü Tausi Jayavodi və 1999-cu il təvəllüdlü Malişi Tayukidir.

 

Hadisə ilə əlaqədar Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanılıb.

 

Sosial şəbəkədə, həlak olan tələbə qızların şəkilləri yayılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş