“G7 ölkələri davam edən etirazlar fonunda İranda baş verən hadisələrdən son dərəcə narahatdırlar"
“Böyük yeddilik” (G7) ölkələri İrana qarşı əlavə məhdudlaşdırıcı tədbirlər tətbiq etməyə hazırdırlar. AYNA.AZ xəbər verir ki, bu barədə G7 xarici işlər nazirlərinin “Global Affairs Canada” Mətbuat Xidməti tərəfindən dərc edilmiş birgə bəyanatında qeyd olunub.
Sənəddə bildirilib ki, “G7 ölkələri davam edən etirazlar fonunda İranda baş verən hadisələrdən son dərəcə narahatdırlar".
Bəyanatda vurğulanıb ki, əgər İran beynəlxalq insan hüquqları öhdəliklərini pozaraq etirazları yatırmağa davam edərsə, G7 üzvləri əlavə məhdudlaşdırıcı tədbirlər tətbiq etməyə hazırdırlar.