G1 səviyyəli geomaqnit qasırğası başlayıb

Xəbərlər

18.09.2023 - 16:19

Rəsədxana məlumat yaydı

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb. AYNA xəbər verir ki, bu barədə rəsədxanadan bildirilib. 

Qeyd olunub ki, Günəşdə fəallıq orta səviyyədə olub. Günəşdə 8 ləkə qrupu və 94 ləkə müşahidə edilir.

Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olub.

Bu gün G1 (zəif) səviyyəli geomaqnit qasırğası başlayıb.

Sentyabrın 18-dən 25-dək C sinif alışmanın baş verməsi ehtimalı 95 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 20 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5 faiz təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin orta səviyyəyə qalxacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı proqnozlaşdırılır.

Geomaqnit sahəsinin sentyabrın 19-da G3 (güclü) səviyyəsinə kimi yüksəlməsi ehtimalı var və sentyabrın 20-də sakitləşəcəyi gözlənilir. Sentyabrın 23-də yenidən G1 (zəif) səviyyəli geomaqnit qasırğası ehtimalı var.

Müəllif: Ayna.az