Füzulidə silah-sursat aşkar edilib - VİDEO

Xəbərlər

16.02.2022 - 11:47

Həkimlər Klinikalar SEO Xidməti

27 avtomat, 7 pulemyot, 1 qumbaraatan...

İşğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılması üçün daxili işlər orqanlarının əməkdaşları tərəfindən intensiv tədbirlər yerinə yetirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan AYNA-ya verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində bu günlərdə keçirdikləri növbəti nəzarət-profilaktiki tədbirlər nəticəsində tərk edilmiş hərbi mövqelərdən müxtəlif silah-sursat aşkar ediblər. Aşkar edilən 27 avtomat, 7 pulemyot, 1 qumbaraatan, 3 qumbara, 4 avtomat sandığı, 11 mərmi, 95 iriçaplı patron aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş