Füzulidə ermənilərin atıb qaçdıqları raket sistemi aşkarlanıb

Xəbərlər

25.06.2022 - 11:35

Həkimlər Klinikalar SEO Xidməti

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində müxtəlif silah-sursatlar aşkar ediblər

Füzulidə xeyli sayda silah-sursat aşkar edilib. DİN-in Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri növbəti tədbirlər zamanı tərk edilmiş hərbi mövqelərdən müxtəlif silah-sursatlar aşkar ediblər. Tapılan 5 avtomat, 3 qumbaraatan, 1 pulemyot, 1 tapança, 1 minaatan, 1 tank əleyhinə idarəolunan raket sistemi, 44 müxtəlif növ qumbaralar, 7 mərmi, 2959 müxtəlif çaplı patronlar və digər döyüş sursatları aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş