Futbolçu oyun zamanı ölüb

İdman

03.01.2024 - 20:48

Həkimlər futbolçunun həyatınə xilas edə bilməyiblər

Portuqaliyanın Maritimo və Anqola gənclər komandasının sabiq futbolçusu 20 yaşlı Pedro Banqa yoldaşlıq görüşü zamanı dünyasını dəyişib.

AYNA Apasport.az-a istinadən xəbər verir ki, gənc futbolçu oyun zamanı bir anda yerə yıxılıb, onu dərhal xəstəxanaya aparıblar. Lakin həkimlər onu xilas edə bilməyiblər.

Qeyd edək ki, Banqa Anqola milli komandası üçün Afrika Kubokunda və 2019-cu ildə U17 Dünya Çempionatında iştirak etmişdi.

Müəllif: Ayna.az