“Qarabağ” “Neftçi”ni məğlub etdi

İdman

15.09.2019 - 23:30

Azərbaycan Premyer Liqasının IV turua yekun vurulub

Turun son oyununda "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda “Neftçi”ni qəbul edib.

AYNA xəbər verir ki, qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qurban Qurbanovun komandasına qələbə qazandıran qollara Mahir Emreli ilə Abdulla Zubir imza atıb. 

20:30. “Qarabağ” – “Neftçi” - 2:0

Qollar: Mahir Emreli, 31, Abdulla Zubir, 69

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Müəllif: Ayna.az