Oktay Bakının azadlığı uğrunda canından keçmiş türk əsgərlərinin xatirəsini yad edib
Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Bakıda Türk Şəhidliyini ziyarət edib.
AYNA.AZ APA-ya istinadən xəbər verir ki, Fuat Oktay Bakının azadlığı uğrunda canından keçmiş türk əsgərlərinin xatirəsini yad edib.
Fuat Oktayı Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün müşayiət edib.