Bəzi yerlərdə izdiham dağıdılıb və küçələrdə xüsusi polis qüvvələri yerləşdirilib
Fransada PSJ-nin UEFA Çempionlar Liqasının finalında “Arsenal” üzərində qələbəsindən sonra baş verən iğtişaşlar zamanı polis azarkeşlərlə sərt davranıb.
AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Parisdə və digər şəhərlərdə təhlükəsizlik qüvvələri iğtişaşların qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadə edib. Bəzi yerlərdə izdiham dağıdılıb və küçələrdə xüsusi polis qüvvələri yerləşdirilib. Polis avtomobillərin yandırılması, mağazalara ziyan vurulması, fişənglərin polisə atılması və barrikadaların qurulmasına müdaxilə edib.
Qeyd edilib ki, Fransa hökuməti iğtişaşlardan əvvəl geniş təhlükəsizlik planı tətbiq etmişdi. Paris və ətrafında təxminən 22 min polis və təhlükəsizlik əməkdaşı səfərbər olunub. Buna baxmayaraq, bəzi qruplar mağazalara ziyan vurub, avtomobilləri yandırıb və polis bölməsinə daxil olmağa cəhd göstərib.
Fransa daxili işlər naziri Laurent Nunez ölkə üzrə 780 nəfərin saxlanıldığını açıqlayıb. Onlardan 480 nəfəri Parisdə saxlanılıb.