Fransızlar ehtiyatlı olmağa çağırılıb
Fransada müşahidə edilən anomal isti hava şəraiti insan ölümlərinə səbəb olub. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Fransa Hökumətinin mətbuat katibi Mod Brejon bildirib ki, artıq ölkədə istilərlə əlaqədar 7 ölüm hadisəsi qeydə alınıb.
Rəsmi şəxs əhalini isti hava şəraiti ilə bağlı ehtiyatlı olmağa çağırıb.
“Bir sıra departamentlərdə meteoroloji xəbərdarlıq rejimi qüvvədədir”, - deyə Brejon vurğulayıb.