“Fransa və ABŞ səfirlərinin Şuşaya dəvəti qəbul etməməsini Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik sayırıq”

Siyasət

27.08.2022 - 15:23

Həkimlər Klinikalar SEO Xidməti

Hikmət Hacıyev ABŞ və Fransa səfirlərinin Şuşaya səfər etməməsinə münasibət bildirib

“Fransa və ABŞ-ın Azərbaycandakı səfirləri bu gün Şuşada deyillər. Onlar Azərbaycan hökumətinin dəvətinə açıq şəkildə etinasızlıq göstərdilər”.

AYNA APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Şuşada keçirilən beynəlxalq konfransda deyib.

H. Hacıyev bunun ərazi bütövlüyümüzə hörmətsizlik kimi qəbul edildiyini bildirib: “Biz bunu ərazi bütövlüyümüzə qarşı hörmətsizlik kimi qəbul edirik. Çünki bu ölkələrə görə münaqişə hələ bitməyib”.

O qeyd edib ki, Fransa və ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişəyə töhfə verməyib: "Onlar 30 il bizim, Azərbaycanın zamanını itirdilər. Bu səfərə qoşulmamaqla onlar bir daha etinasızlıq nümayiş etdirdilər".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş