Fransa Ukraynaya “Milan” və “Sezar” verib

Dünya

23.04.2022 - 07:21

Həkimlər Klinikalar SEO Xidməti

Makron: “Birgə döyüşə girməmək üçün həmişə qırmızı xətt nəzər alınıb”

Fransa Ukraynaya “Milan” tank əleyhinə raketləri və “Sezar” topları da daxil olmaqla, müxtəlif növ silahlarla yardım edib. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron deyib.

Prezidentin sözlərinə görə, Fransa əhəmiyyətli avadanlıqlarla və bir neçə növ silahla rəsmi Kiyevə kömək edib: “Bu yol davam etdirilməlidir. Birgə döyüşə girməmək üçün həmişə qırmızı xətt nəzər alınıb”.

Makron “Milan” tank əleyhinə raketlərinin və “Sezar” toplarının dəqiq sayı açıqlamayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş