“Fransa sülh prosesində iştirak edə bilməz” – Prezidentdən yeni vasitəçi anonsu

Aktual

25.11.2022 - 14:26

İlham Əliyev: “Baxaq görək, vasitəçi rolunu kim və hansı platformada icra edəcək”

“Praqada Fransa Prezidenti görüşdən bir həftə sonra Makron verdiyi müsahibəsində Azərbaycanı tənqid etdi və eləmədiyimiz işlərdə bizi ittiham etdi. Bundan sonra Senatın məlum qətnaməsi qəbul olundu. Bu sənəd qəbuledilməz və təhqirdir. Sonra Fransa Milli Assambleyasının daha bir anti-Azərbaycan qətnaməsi qəbul olundu. Bundan sonra Fransa bizə Frankofoniya sammiti vasitəsilə hucum etməyə cəhd göstərdi. Bu qeyri-məqbuldur. Frankofoniya humanitar təşkilatdır”.

AYNA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Prezident bildirib ki, Azərbaycanın əlində Fransa və Ermənistanla birgə hazırladığı ilkin mətn var: “Bu sənəd tamamilə ittihamlardan ibarət olub. Bizim təkcə Qoşulmaynlar Hərəkatında deyil, Avropa da dostlarımız var. Ona görə, bu anti-Azərbaycan qətnaməsi formal xarakteri daşıyır. Bunları nəzərə alaraq aydındır ki, Fransa sülh prosesində iştirak edə bilməz. Bu bizim yox, onların günahıdır. ABŞ və Rusiya he vaxt rəsmi səviyyədə hansısa tərəfi dəstəkləməyib. Bu o deməkdir ki, 7 dekabr görüşü olmayacaq. Başqa alternativlərə baxacağıq. Baxaq görək, vasitəçi rolunu kim və hansı platformada icra edəcək”.

“Paşinyanın Makronun Brüssel görüşündə iştirakını şərt kimi irəli sürməsi sülh danışıqlarını pozmaq cəhdidir”, - deyə dövlət başçısı bildirib.

Müəllif: Ayna.az