DEPUTAT"/>

“Əlimdə olsaydı, Xankəndini "şumlayardım"" – <font color=red> DEPUTAT</font>

Aktual

01.11.2020 - 10:25

Aqil Abbas: “Ermənilər dinc əhaliyə qarşı dəfələrlə qətliam törədiblər”

 

“Azərbaycan Ermənistanda və Qarabağdakı dinc əhaliyə əl qaldırmaq istəmir. Ali Baş Komandan da dəfələrlə bu məsələyə münasibət bildirib və bizim dinc əhali ilə işimiz olmadığını deyib. Amma onlar təcavüz əməllərindən yenə də əl çəkmirlər. Təbii ki, mən Müdafiə naziri deyiləm, amma mənim əlimdə olsaydı, Xankəndini, Ağdərəni, Şuşanı şumlayardım”.

 

Bunu AYNA-ya Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas deyib. Onun sözlərinə görə, dənizdə boğulan adam saman çöpündən də kömək umduğu kimi, ermənilər də heç bir vəchlə dayanmaq istəmirlər: “30 gün ərzində Azərbaycan Ordusu işğal edilmiş ərazilərin bir hissəsini işğaldan azad edib. Onlar da Qarabağın tamamilə azad ediləcəyini bilirlər. Ona görə də son imkanlarından istifadə etməyə çalışırlar. Onlar birinci dəfə deyil ki, dinc əhaliyə atəş açırlar. Ermənilər dinc əhaliyə qarşı dəfələrlə qətliam törədiblər”.

Aqil Abbas | Report.az

“Ötən günlərdə Bərdəyə vəhşçicəsinə hücum etdilər və onlarla insanı qətlə yetirdilər, yaraladılar. Ondan əvvəl Gəncədə və digər ərazilərdə də terror aktı törədiblər. Mən bu yaxınlarda Tərtərdə idim. Tərtərdə demək olar ki, salamat ev, ictimai bina qalmayıb. Lakin sakinlər qaçmırlar, dözümlüdürlər. Əslində, ermənilər dinc əhaliyə atəş açmaqla ölkədə xaos, çaşqınlıq yaratmaq istəyirlər. Ki, insanlar yaşadıqları əraziləri tərk eləsinlər. Amma sakinlər buna məhəl qoymur və yaşadıqları əraziləri tərk etmirlər. Sanki atılan mərmilər onlara layla kimi gəlir. Heç nədən də qorxmurlar”, - deputat vurğulayıb.

 

O, Ermənistanın hər dəfə humanitar atəşkəsi kobud şəkildə pozmasına diqqət çəkib: “Məşhur bir el məsəli var. Bir gün bir kənd sakini qonşu kənddən olan bir qadınla ailə qurur və həyat yoldaşını atın tərkinə qoyub, öz kəndlərinə aparır. Yol boyu at sahibini bir neçə dəfə narahat edir. Nəhayət, atın sahibi təngə gəlib atı öldürür. İndi Paşinyan da bir neçə dəfə bu cür davranışlar sərgiləyib və artıq həddini tamamilə aşıb. Bu isə ona baha-başa gələcək. Elə cəzalanacaq ki, xilası da mümkün olmayacaq”.

 

“Erməni əslilli rusiyalı rejissor Karen Şahnazarov rusiyalı jurnalist Solovyovun verlişlərinin birində maraqlı bir fikir işlətmişdi. Bildirmişdi ki, Paşinyan artıq Ermənistan dövlətinin yox, Ermənistan xalqının taleyi ilə oynayır. Hətta, Qarabağın Azərbaycan torpağı olduğunu və Ermənistanın hər tərəfdən türklərlə əhatə olunduğunu, bunun da erməni xalqının sonu ola biləcəyini demişdi. Onu da əlavə etmişdi ki, erməni xalqının tarixi qədim dövrlərə dayansa da, heç vaxt dövləti olmayıb. Yəni, ağıllı ermənilər də bu həqiqətləri başa düşürlər. Buna baxmayaraq, ermənilər Azərbaycanın dinc əhalisini hədəfə almaqla, terror aktlarına davam edirlər. Bu isə qəbuledilməzdir”, - A.Abbas fikrini tamamlayıb.

Müəllif: Mərahim Nəsib

Ramanada faciə

Dünən, 17:26 Hadisə