Fransa dəmiryolçular uzunmüddətli tətilə başlayırlar

Xəbərlər

27.03.2025 - 19:17

Həkimlər Klinikalar SEO Xidməti

“Sud Rail” aprelin 17-dən iyunun 1-dək bütün həftə sonları tətilə çağırış edib

Fransada dəmiryolçular həmkarlar ittifaqı “Sud Rail” aprelin 17-dən iyunun 1-dək bütün həftə sonları tətilə çağırış edib.

AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, Fransa əmək, səhiyyə, həmrəylik və ailə naziri Ketrin Votrən RTL televiziya kanalında çıxış edərək, həmkarlar ittifaqlarını Pasxa bayramı dövründə tətillərə çağırış etməməyə çağırıb. O, qəzəbini ifadə edərək deyib: “Bayramları girov saxlamaq qəbuledilməzdir”.

“Sud Rail” həmkarlar ittifaqı Pasxa bayramları və May bayramları daxil olmaqla, həftə sonları bazar ertəsi səhər 8-ə qədər dəmiryolçuların tətil edəcəyini elan edib.

Tətilə çağırışın mənşəyi 2022-ci ildə Milad bayramları zamanı dəmir yolları şəbəkəsini artıq iflic etmiş Milli Nəzarətçilər Kollektivindən (CNA) irəli gəldiyi bildirilir. Həmkarlar ittifaqları mətbuata yaydığı açıqlamada iş şəraitinin dözülməzliyini, rəhbərliyin qulaqlarını bağlayaraq, onların səsini eşitməməsini pisləyir.

Nəzarətçilər maaşların artırılmasını, aylıq bonuslarının ən azı 100 avro artırılmasını, daha yaxşı karyera inkişafı və sabit iş saatlarını tələb edirlər.

Bildirilir ki, sərnişin qatarları üçün vacib olan bilet müfəttişlərinin kütləvi tətili bayram vaxtı gərgin anlar yaradacaq. İndiyə qədər apolitik olduğunu iddia edən CNA və sol təmayüllü “Sud Rail” tətil təhdidlərini davam edirlər. Dəmiryolçuların aparıcı həmkarlar ittifaqı olan Fransa Ümumi Əmək Konfederasiyası (CGT) da tətili dəstəkləyir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş