“Formula-1”lə bağlı sürücülərə müraciət edilib

Xəbərlər

26.05.2021 - 15:53

Həkimlər Klinikalar SEO Xidməti

BNA zərurət olmadığı müddətdə yarışın keçirildiyi istiqamətə şəxsi avtomobillə gəlməməyə çağırıb

 

İctimai nəqliyyat vasitələrinin hərəkət sxemində dəyişiklik edilməsində məqsəd “Formula-1” oyunları davam etdiyi müddətdə şəhər əhalisinin ictimai nəqliyyata əlçatanlığını təmin etməkdir. AYNA xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev deyib.

 

BNA rəsmisi sürücülərə müraciət edərək zərurət olmadığı müddətdə oyunlar davam etdiyi günlərdə şəhərin mərkəzinə şəxsi avtomobillə gəlməməyə, ictimai nəqliyyatdan istifadə etməyə çağırıb: “Bu, ictimai nəqliyyatın rahat və maneəsiz hərəkəti üçün vacibdir”.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş