“Formula-1” İspaniya Qran Prisinin qalibi müəyyənləşib

İdman

05.06.2023 - 07:43

“Red Bull” komandasından niderlandlı pilotu Maks Ferstappen qalib olub

Bazar günü “Red Bull” komandasından niderlandlı pilotu Maks Ferstappen “Formula-1” üzrə dünya çempionatının yeddinci turu olan İspaniya Qran Prisinin qalibi olub.

AYNA xəbər verir ki, ikinci yeri “Mercedes”in britaniyalı pilotu Lyuis Hemilton, üçüncü yeri onun həmyerlisi və komanda yoldaşı Corc Rassel tutub.

Qeyd edək ki, Verstappen cari çempionatda 5-ci qələbəsini qazanıb və fərdi sıralamada liderliyini davam etdirir.

Müəllif: Ayna.az