Ərazidən tapılan cəsədlərin sayı artıq 31-ə çatıb
Filippində göyərtəsində 85 nəfərin olduğu hərbi təyyarə ölkənin cənub-qərbindəki Xolo adasına eniş edən zaman qəzaya uğrayıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Filippin Müdafiə Nazirliyi məlumat yayıb.
Filippin Hərbi Hava Qüvvələrinə məxsus C-130 təyyarsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı artmaqda davam edir. Ərazidən tapılan cəsədlərin sayı artıq 31-ə çatıb.
Hadisə nəticəsində 54 nəfər xəsarət alıb. 17 nəfərin taleyi isə hələlik məlum deyil.