“Finlandiya Ukraynaya geniş miqyasda qoşun göndərmək məcburiyyətində deyil”
Finlandiya Parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Yohannes Koskinen (Sosial Demokrat Partiyası) hesab edir ki, Finlandiya hərbçilərinin Ukraynaya göndərilməsi ehtimalı azdır. Bu barədə AYNA.AZ xarici mediaya istinadən bildirir.
Onun sözlərinə görə, ölkə texniki kadrlar və ekspertlər təmin edə bilər: “Sərhəd dövləti kimi Finlandiya əlbəttə ki, Ukraynaya geniş miqyasda qoşun göndərmək məcburiyyətində deyil. Daha doğrusu, söhbət texniki xidmət, ekspert rəylərinin verilməsi və təlim kimi dəstək fəaliyyətlərində iştirakdan gedir", - bildirib.
Deputat qeyd edib ki, parlamentin Xarici Əlaqələr Komitəsi sentyabrın əvvəlində ölkənin Müdafiə Qüvvələrinin və Xarici İşlər Nazirliyinin Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsində Finlandiyanın iştirakı ilə bağlı rəyini dinləməyi planlaşdırır.