Finlandiya Rusiyaya nota vetrib

Dünya

03.11.2024 - 20:23

Həkimlər Klinikalar SEO Xidməti

Xarici İşlər Nazirliyi Moskvadakı səfirliyin hasarına dəyən ziyana görə Rusiyaya nota göndərib

Finlandiya Xarici İşlər Nazirliyi (XİN) Moskvadakı Finlandiyanın diplomatik nümayəndəliyinin hasarına dəyən ziyanla əlaqədar Rusiya XİN-ə nota göndərib.

AYNA-nın xarici mediaya istinadən məlumatına görə, Finlandiyanın Rusiyadakı səfiri Marja Livalanın bildirib ki, cümə günü diplomatik nümayəndəliyin hasarına İsveç dilində “Aland adaları bizimdir” yazısı yazılıb, səfirliyin ərazisinə yumurta atılıb.

Livala, polisin tez bir zamanda beş təcavüzkarı saxladığını bildirib. Dərc edilmiş fotoşəkillərə əsasən, yazı kərpic hasarın ən azı üç hissəsini tutur.

Səfirin sözlərinə görə, Finlandiya XİN bununla bağlı noyabrın 2-də Rusiya Xarici İşlər Nazirliyinə nota göndərib.

Müəllif: Ayna.az