Finlandiya Ottava Konvensiyasından çıxır

Dünya

11.07.2025 - 17:21

Finlandiya BMT-ni Piyada əleyhinə minalar haqqında Ottava Konvensiyasından çıxması barədə xəbərdar edib

Finlandiya Birləşmiş Millətlər Təşkilatını (BMT) Piyada əleyhinə minalar haqqında Ottava Konvensiyasından çıxması barədə xəbərdar edib. AYNA.AZ xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin (XİN) saytında məlumat dərc olunub.

"Finlandiya 2025-ci il iyulun 10-da Piyada əleyhinə minalar haqqında Ottava Konvensiyasından çıxmaq barədə sənəd təqdim edib. Konvensiyadan çıxma 2026-cı ilin yanvarında qüvvəyə minəcək. Finlandiya Konvensiyanın humanitar məqsədlərini dəstəkləməyə davam edəcək", - bəyanatda qeyd olunub.

Finlandiya XİN-dən əlavə edilib ki, ölkənin Konvensiyadan çıxması beynəlxalq hüquq çərçivəsində digər öhdəliklərə təsir etməyəcək.

Finlandiyanın sazişdən çıxması məsələsi 2024-cü ilin noyabrında Polşa və Baltikyanı ölkələrin oxşar təşəbbüsləri ilə eyni vaxtda qaldırılıb. Prezident Aleksander Stubb daha sonra Finlandiyanın Rusiyadan gələn təhlükə səbəbindən Ottava Konvensiyasından çıxmaq imkanını nəzərdən keçirdiyini açıqlayıb.

1999-cu ildə qüvvəyə minmiş Ottava Konvensiyası Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatına görə, mülki əhaliyə əhəmiyyətli zərər vuran piyada əleyhinə minalardan istifadəni qadağan edir. Rusiya Konvensiyanın iştirakçısı deyil və böyük piyada əleyhinə mina ehtiyatına malikdir. Səudiyyə Ərəbistanı və İsrail də müqaviləni imzalamayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş