“Slovakiya kommersiya müqavilələri istisna olmaqla, Ukraynaya silah və sursat tədarük etməyəcək”
Slovakiyanın Baş naziri Robert Fiko NATO-nun Baş katibi Mark Ruttedən ölkənin hava hücumundan müdafiə sistemini gücləndirməsini istəyib. AYNA.AZ xəbər verir ki, bu barədə TASR xəbər agentliyi məlumat yayıb.
Fiko və Rutte Bratislavada, Slovakiya Hökumət Sarayında görüşüblər və orada digər məsələlərlə yanaşı, Ukraynadakı vəziyyət də müzakirə edilib.
Bildirilibh ki, Baş nazir hökumətinin mövqeyini bir daha təkrarlayıb: “Slovakiya kommersiya müqavilələri istisna olmaqla, Ukraynaya silah və sursat tədarük etməyəcək”.
NATO-nun Baş katibi ilə söhbəti zamanı Fiko vurğulayıb ki, “Slovakiya milli maraqlarını nəzərə alaraq hərbi xərclərin artım tempini müstəqil şəkildə tənzimləyəcək”.