“Macarıstan vətəndaşlarının verdiyi qərarı tam hörmətlə qəbul edirəm”
Slovakiyanın Baş naziri Robert Fiko Macarıstanda keçirilən parlament seçkilərinin nəticələrini qəbul etdiyini və “Tisza” Partiyasının lideri Peter Maqyarı qələbəsi münasibətilə təbrik etdiyini bildirib.
AYNA.AZ xəbər verir ki, Fiko “Facebook” səhifəsində yazıb: "Dünənki parlament seçkilərində Macarıstan vətəndaşlarının verdiyi qərarı tam hörmətlə qəbul edirəm və seçkilərin nəticələri münasibətilə təbrik etdiyim Macarıstanın yeni seçilmiş Baş naziri ilə intensiv əməkdaşlığa hazıram".
Fiko əmin olduğunu bildirib ki, Slovakiya və digər Mərkəzi Avropa ölkələri ilə birlikdə Macarıstan “Drujba” neft kəməri vasitəsilə tranzitin bərpasında öz marağını qoruyub saxlayacaq.