"Prezidentlər Ərdoğan və Trampın səfər təqvimi üzərində iş davam edir”
Türkiyənin xarici işlər naziri Hakan Fidan Prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfərini istisna etməyib. AYNA.AZ TASS-a istinadən xəbər verir ki, eyni zamanda, nazirin sözlərinə görə, Ağ Ev administrasiyasının rəhbəri Donald Trampın Türkiyəyə səfəri ehtimalı var.
"Prezidentlər Ərdoğan və Trampın səfər təqvimi üzərində iş davam edir. Bizim prezidentimiz Vaşinqtona səfər edə bilər. Cənab Trampın Türkiyəyə səfəri də mümkündür. Səfər ərəfəsində NATO-nun Haaqa sammitində (24-25 iyun - red.) görüşə bilərlər. Tez-tez telefonla əlaqə saxlayırlar, apardıqları danışıqlar son dərəcə məhsuldardır", - Fidan qeyd edib.