"Fiat" Kürə düşdü: 1 polis həlak olub

Hadisə

17.07.2022 - 11:56

Həkimlər Klinikalar SEO Xidməti

Çaya düşən avtomobil polis əməkdaşlarının olduğu xidməti maşındır

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yevlax şəhəri ərazisində içərisində 1 nəfərin olduğu "Fiat" markalı minik avtomobilinin Kür çayına düşməsi barədə məlumat daxil olub. Bu barədə AYNA-ya FHN-dən bildirilib.

Qeyd edilib ki, hadisə yerinə FHN-nin Aran Regional Mərkəzinin xilasediciləri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, hadisə nəticəsində polis serjantı Kamran Məmmədov həlak olub. Meyitin çaydan tapılaraq çıxarılması istiqamətində tədbirlər davam etdirilir. Avtomobildə olan digər polis əməkdaşlarının həyatı üçün təhlükə yoxdur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş