FHN Tovuzda yanğınla nəticələnən yol qəzası barədə məlumat yayıb

Hadisə

12.07.2024 - 09:11

Elektrik dirəyi yanğından mühafizə olunub

Tovuz rayonunun Qovlar şəhərində “VAZ” markalı minik avtomobilinin yol kənarında elektrik dirəyinə cırpılması nəticəsində yanğınla nəticələnən yol qəzası baş verib.

Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Yanğın nəticəsində avtomobilin yanar hissələri yanıb.

Elektrik dirəyi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş