FHN metroda yanğına qarşı təlim keçirib

Xəbərlər

23.02.2022 - 12:45

Yanğınların söndürülməsi üsulları və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları izah edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə “Bakı Metropoliteni” QSC-nin N.Nərimanov adına elektrik deposunun ərazisində yerləşən vaqonlar parkında yanğın-taktiki təlim keçirilib. FHN-dən AYNA-ya verilən xəbərə görə, təlimin mövzusu həmin stansiyada baş vermiş şərti yanğının “söndürülməsi” olub.

Əvvəlcə, elektrik deposunun ərazisində yerləşən vaqon parkında 28-ci qanovada dayanan 17 saylı qatarın 2-ci vaqonunda baş vermiş şərti yanğın barədə səsucaldıcı vasitəsilə məlumat verilib. Məlumatdan dərhal sonra metropoliten işçiləri tərəfindən ilkin yanğınsöndürmə vasitələri ilə yanğının söndürülməsinə başlanılıb və FHN-in “112” qaynar telefon xəttinə “məlumat verilib”.

Daha sonra Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələri şərti yanğın hadisəsi baş vermiş ünvana gələrək qısa müddətdə “yanğını söndürüblər”.

Sonda təlimin nəticələri müzakirə olunub, FHN-in əməkdaşları tərəfindən metropolitenin işçilərinə baş verə biləcək fövqəladə hallar zamanı zəruri döyüş hərəkətləri, metropoliten ərazisində yanğınların söndürülməsi üsulları və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları izah edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş