FHN İsmayıllıdakı ağır qəza ilə bağlı məlumat yaydı

Hadisə

26.01.2020 - 13:02

Həkimlər Klinikalar SEO Xidməti

İsmayıllıda ölümlə nəticələnən ağır yol qəzası baş verib 

 

Fövqəladə Hallar Nazirliyi (FHN) İsmayıllı rayonunda baş vermiş ağır yol qəzası barədə məlumat yayıb.

 

AYNA xəbər verir ki, FHN-in "112" qaynar telefon xəttinə İsmayıllı rayonunda “Mercedes” markalı sərnişin avtobusu və “VAZ” markalı minik avtomobili toqquşması barədə məlumat daxil olub.

 

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “VAZ” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 2 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

Qeyd edək ki, hadisə Muğanlı-İsmayıllı yolunun Bilzan kəndi ərazisindən keçən hissəsində baş verib. Qəza zamanı həmçinin bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.  

 

Minik avtobusu ilə toqquşan “Mercedes-Benz” markalı sərnişin avtobusu Bakıdan Qəbələyə turist aparırmış. Hadisə yerinə həmçinin polis əməkdaşları və təcili tibbi yardım stansiyasının əməkdaşları cəlb edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş