FHN əməkdaşları 3 yaşlı uşağı xilas edib - VİDEO

Xəbərlər

03.03.2024 - 15:30

Fövqəladə Hallar Nazirliyi xilasetmə əməliyyatı barədə məlumat yayıb

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfər azyaşlının evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə AYNA-ya FHN-dən məlumat verilib.

Qeyd olunub ki, məlumatla əlaqədar FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilə pəncərədən daxil olaraq 2021-ci il təvəllüdlü M.Zeynalovu xilas edərək ailə üzvlərinə təhvil veriblər.

Müəllif: Ayna.az