FHN əhaliyə müraciət edib

Xəbərlər

05.11.2020 - 17:43

Bu qaydalara əməl edilməlidir

 

Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib. Nazirlikdən AYNA-ya verilən məlumatda qeyd olunur ki, məişətdə yanğın baş verdikdə təhlükəsizliyi təmin etmək üçün aşağıdakı qaydalara əməl edilməlidir:

 

- “112” qaynar xəttinə məlumat verin;

 

- odsöndürücü balon və ya əl altında olan digər vasitələrlə (su, qum, palaz, keçə və s.) yanğını söndürməyə çalışın;

 

- yanğının şiddətlənməməsi üçün qapı və pəncərələri bağlayın;

 

- mümkündürsə, elektrik və qaz cihazlarını söndürün;

 

- ağız və burnunuzu nəm dəsmal, şərf, paltar və s. ilə tutaraq tüstüdən qorunun;

 

- yan otaqdakı tüstüdən qorunmaq üçün qapı ətrafındakı boşluqları nəm əski ilə tutun;

 

- döşəməyə yaxın ərazidə tüstü daha az olduğundan əyilərək və ya sürünərək hərəkət edin;

 

- yanğın gücləndikdə sənəd və digər vacib əşyaları götürüb dərhal bayıra çıxın;

 

- uşaqlara, ahıl və köməyə ehtiyacı olanlara mənzili tərk etməkdə kömək edin;

 

- mənzili tərk etmək mümkün deyilsə, eyvanda və ya pəncərənin yanında dayanaraq yanğınsöndürənləri gözləyin;

 

- xilas olmaq üçün yuxarı mərtəbədən aşağı tullanmayın;

 

- liftdən istifadə etməyin; - qonşuları xəbərdar edin.

Müəllif: Ayna.az