FHN cəbhədəki yanğınlarla bağlı məlumat yayıb

Hadisə

28.09.2020 - 17:33

Yanğınlar qısa müddətdə söndürülüb

 

Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyinin təxribatçı xislətindən irəli gələrək, Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozaraq, əhalinin sıx yaşadığı yaşayış məntəqələrini, fərdi və çoxmənzilli yaşayış binalarını, o cümlədən, mülki obyektləri ağır artilleriya qurğularından atəşə tutmaqda davam edir. Nəticədə, yanğınlar baş verir, dinc əhalinin əmlakına ciddi ziyan yetirilir. AYNA xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, bu gün də Ermənistan qoşunlarının atdığı mərmilər nəticəsində Ağdam və Tərtər rayonlarının bir sıra kəndlərində mülki obyektlərdə yanğınlar baş verib.

 

Dərhal hadisə yerlərinə cəlb olunan Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən yanğınlar qısa müddətdə söndürülüb.

Müəllif: Ayna.az