FHN bayram günlərində gücləndirilmiş iş rejimi ilə çalışacaq

Xəbərlər

29.12.2023 - 09:28

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov əmr imzalayıb

Fövqəladə Hallar Nazirliyi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrə əsasən, vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş